AZ

Azərbaycanlı FİFA referisi beynəlxalq oyuna təyinat aldı

Azərbaycanlı FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Adalet.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit raundunun 3-cü qrupunda keçiriləcək oyunları idarə edəcək.

Ədalət qoruyucusu martın 19-da Niderland – Xorvatiya, 25-də Çexiya – Niderland matçlarının baş hakimi olacaq. FIFA referisi martın 22-də Çexiya – Xorvatiya qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Namik Hüseynov isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları Çexiyada təşkil olunacaq.

Seçilən
2
14
adalet.az

10Mənbələr