AZ

“AYAZ SALAYEV YALNIZ İKİ ŞEYİ BACARIR...” - “Adamın rus dilindən başqa heç nəyi yoxdur"

Məlum olduğu kimi, son zamanlar kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev mətbuata açıqlamalarında Azərbaycandakı rus məktəblərinin və rus dilinin təbliğinin, tədrisinin “alovlu tərəfdarı” kimi çıxış edir. Türk dilini Azərbaycan üçün daha təhlükəli hesab edən Salayev sənətkar kimi formalaşmasında özünün rus dilli olmasının böyük rolunun olduğunu qeyd edib və rus dilini müdafiə edən bir çox digər “arqumentlər” gətirib.

“AzPolitika” xəbər verir ki, tanınmış yazar Şərif Ağayar öz sosial şəbəkə hesabında Ayaz Salayevlə bağlı maraqlı paylaşım edib. Orada deyilir:

“Ayaz Salayevi çox yaxşı başa düşürəm, adamın rus dilindən başqa heç nəyi yoxdur.

Ciddi film: Yox

Ciddi ssenari: Yox

Ciddi bir dərslik kitabı: YoxMüasir kino haqda bilgiləri: Yox.

Camaatın inqilab elədiyi yaşda apardığı verilişin də adı "Retro" idi. İndiyə retro qalar…? Netflix əsrindəyik e... Əlində ortabab bir planşet gir internetə hər saat üçün ayrıca bir "Retro" verilişi tap. Həm də sovet efirindən qat-qat üstün, qat-qat keyfiyyətli, qat-qat azad, qat-qat səmimi...

Filmlər haqqında nəinki sənədli, hətta bədii filmlər çəkilir.

Ən dəhşətlisi, Ayaz müəllimin Kino Təəssübkeşliyi, Səmimi Sənət Sevgisi də yoxdur ki, ona sığınıb təskinlik tapsın. O, Andrey Tarkovski, Pozalini, Paracanov kimi fədakar şəxsiyyətlər yetirən kino sənəti ilə ləyaqətli münasibətini Əli Həsənovun fitvası ilə Rüstəm İbrahimbəyovdan 30-cu illər donosu yazanda itirdi.

İndi o yalnız iki şeyi bacarır: yaxşı yemək yemək və boş-boş danışmaq...

Xülasə, rus dilini, rus dili mövzusunu Ayaz Salayevin əlindən al, iynə dəymiş şar kimi partalayacaq və ortada yaxşı qoxu gəlməyən havadan başqa heç nə qalmayacaq”.

“AzPolitika.info”

Seçilən
9
5
turanpress.com

6Mənbələr