Azərbaycan milli komandasının üzvü Renat Dadaşov şərəfini qoruduğu "Radomyak" klubunun heyətində bu gün növbəti oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, hücumçumuz Polşa çempionatının XXV turu çərçivəsində "Lexiya"ya (Qdansk) qarşı oynayacaq. O, əvvəlki 2 matçdan fərqli olaraq, bu dəfə start heyətdə yer alıb.

Digər həmyerlimiz Rahil Məmmədovun adı isə zədə səbəbindən yenə protokola düşməyib. 

Radom şəhərində görüşə maraq çox böyükdür. Oyuna bütün biletlər satılıb. "Radomyak" fanatlarının bugünkü qarşılaşmaya belə maraq göstərməsinin səbəbkarlarının biri məhz Renat Dadaşovdur. O, yeni komandasında keçirdiyi 2 oyunda  2 qol vuraraq, azarkeşlərin rəğbətini qazanıb.

"Radom" 4-2-3-1 taktikası ilə meydançaya çıxacaq. Renat hücumun sivri ucunda yer alıb.

Hazırda "Radomyak" 28 xalla 12-ci, "Lexiya" isə 21 xalla 17-ci yerdədir.

Matç Bakı vaxtı ilə saat 21-də start götürəcək. 

Ekstraklasa, XXV tur

21:00 "Radomyak" - "Lexiya" 1:1 (İkinci hissə)