Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) İrəvan və Bakının sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətnini razılaşdırmasına münasibət bildirib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, KTMT Katibliyi sənədin tezliklə imzalanacağına ümid edir.
“Sənədin tezliklə imzalanacağına və və onun həyata keçirilməsinin KTMT-nin ən vacib məsuliyyət zonalarından biri olan Cənubi Qafqazda sülh və sabitliyə etibarlı yol açacağına ümid edirik”, – qeyd olunub.