AZ

Bakıda satılan bu kərə yağı YARASIZ İMİŞ - FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində fiziki şəxs İmanverdiyev Elman Sahib oğlu tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb. 

Agentlikdən Titul.az-a verilən məlumata görə, nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterini - "Kampesterin" (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Linolen, Palmitin, Olein yağ turşuları) aşkar edilib. 

Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin, sahibkar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Məhsulun adı

Məhsulun istehsal və son istifadə tarixi

1.

"Natural" əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı

07.11.2024-07.11.2025

2.

23.12.2024-23.12.2025

3.

"Tac" əmtəə nişanlı 82,5% yağlılıqda kərə yağı

05.12.2024-05.12.2025

4.

"Selskoe" əmtəə nişanlı 82,5% yağlılıqda duzsuz kərə yağı

13.12.2024-13.12.2025

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
77
46
titul.az

10Mənbələr