AZ

Putin Ukrayna hərbçilərini təslim olmaya çağırdı

Kursk vilayətində silahlarını yerə qoyan yaraqlılarla beynəlxalq hüquq normalarına uyğun davranılacaq. Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimr Putin belə açıqlama verib. Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin toplantısındakı çıxışında o bildirib ki, Kursk vilayətində silahı yerə qoyan ukraynalı yaraqlılara yaxşı rəftar təminatı veriləcək. Putin, “Əgər onlar silahlarını yerə qoysalar və əsirləri təhvil versələr, beynəlxalq hüquq normalarına və Rusiya federasiyasının qanunlarına uyğun olaraq onların həyatlarına və yaxşı rəftarına zəmanət veriləcək" - deyə bildirib.

Putin vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın çağırışının effektiv həyata keçirilməsi üçün Ukraynanın hərbi-siyasi rəhbərliyi öz hərbi birləşmələrinə silahı yerə qoyaraq, hərbi əsir kimi təslim olmaq barədə müvafiq əmr verməlidir.

Seçilən
6
metbuat.az

1Mənbələr