AZ

İdman Federasiyası işçi axtarır - MAAŞ 800-1200 MANAT - VAKANSİYA

İdman Federasiyası

“Safeguarding” menecer

Son tarix 05 apr 2025 - Müraciət et

Vəzifə öhdəlikləri:

  • İnsan hüquqlarının qorunması, bununla əlaqədar şikayətləri araşdırmaq və müvafiq addımlar atmaq;
  • Təşkilatın safeguarding siyasətlərini hazırlamaq, tətbiq və nəzarət etmək;
  • Müəssisənin tabeliyində olan qurumlarda safeguarding siyasətinin icrasını təmin etmək;
  • Müvafiq təlimlər keçirərək şəxslərin safeguarding prinsipləri barədə maarifləndirilməsini təmin etmək;
  • Beynəlxalq və yerli qanunvericiliyin tələblərinə, habelə daxili qaydalara uyğun şəkildə safeguarding prosedurlarını tətbiq etmək;
  • İnsanların təhlükəsizliyini təmin etmək məqsədilə yerlərdə monitorinq aparmaq və potensial risklərin qarşısını almaq;
  • Zərurət olduqda, hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Beynəlxalq təşkilatlar və digər aidiyyəti qurumlarla əməkdaşlıq edərək, safeguarding siyasətlərini beynəlxalq standartlara uyğun işləyib hazırlamaq və icra olunmasını təmin etmək.

Tələblər:

  • Ali təhsil (Hüquq, Beynəlxalq hüquq, Sosial elmlər, Psixologiya sahəsində);
  • Mükəmməl səviyyədə Azərbaycan və Rus dili;
  • İnsan hüquqları sahəsində yetərli baza biliklər;
  • İnsan hüquqlarının qorunması istiqamətində iş təcrübəsi (arzuolunandır);
  • Hüquqi sənədlərin hazırlanması, prosedur qaydaların tətbiqi sahəsində biliklər (arzuolunandır);
  • Komanda ilə işləmə bacarığı, kommunikasiya və konflikt həll etmə bacarığı;
  • Təqdimat bacarıqları və təlim vermə qabiliyyəti;
  • Yüksək etik standartlara riayət edən, məxfilik prinsiplərinə əməl edən şəxslər.

Əmək şəraiti:

  • 6 günlük iş həftəsi, həftəlik 40 saatdan çox olmayan əmək norması;
  • Əmək haqqı: 800-1000 AZN;
  • İş yeri: İdman Federasiyası.

Müraciət qaydası:

Vakansiyaya uyğun namizədlər CV-lərini e-mail vasitəsilə Müraciət Et butonunda yerləşən mail ünvanına göndərə bilərlər.

Mövzu hissəsində “Safeguarding menecer” yazmağı unutmayın.

Seçilən
5
fed.az

1Mənbələr