AZ

Robert Pattinson Zendayaya gecə zənglərindən və Tom Hollandın qısqanclığından danışdı

"Alatoran" vampir saqasında Edvard Kallen rolunu canlandıran sevilən aktyor Robert Pattinson "A24" studiyasının yeni "Drama" filminin çəkilişləri zamanı baş verən qeyri-adi hadisə haqqında danışıb.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə "Variety" məlumat yayıb.

Ssenaridəki bir cümlə Pattinsonu sözün əsl mənasında dəli edib. Aktyor gizli mənanı axtararaq üç gün ərzində səhifələrlə mətn təhlili yazıb. Cavab tapa bilmədikdə, çəkilişdən bir gün əvvəl həmin filmdə rol alan Zendayaya zəng etməyə qərar verib. Həmkarlar iki saat boyunca danışıb və qız Roberti sakitləşdirərək ona izah edib ki, bu müəmmalı cümlədə heç bir alt məna yoxdur.

"Hər şey çox sadə imiş, mən isə bu səbəbdən üç gün ərzində dəli kimi oldum", - deyə Pattinson etiraf edib.

Qeyd edək ki, Robertin Zendayaya gecə zəngləri diqqətdən kənarda qalmayıb və onun sevgilisi, "Marvel" filmlərində "Hörümçək Adam" rolunun ifaçısı Tom Hollandda "yüngül qısqanclıq" yaradıb. Lakin insident tezliklə həll olunub.

Robert Pattinsonu sakitləşdirmək təkcə Zendayanın işi olmayıb. "Drama" filmində onun tərəf müqabili olan Cennifer Lourens, aktyoru xüsusi hazırlıq olmadan kadrda rəqs etməyə razı salmaq üçün xeyli səy göstərib. Xoşbəxtlikdən, "Alatoran"ın ulduzu özünü ələ ala bilib, baxmayaraq ki, son ana qədər narahatlıq keçirib.

Qeyd edək ki, rejissor Kristoffer Borqlinin "Drama" filmi hazırda istehsal mərhələsindədir. Premyeranın dəqiq tarixi hələ məlum deyil, lakin pərəstişkarlar Robert Pattinson və Zendayanın aktyor duetini böyük ekranda görmək imkanını səbirsizliklə gözləyirlər.

Seçilən
40
1
hakimiyyet.az

10Mənbələr