AZ

Kağızdan qalxan: Avropanın NATO gücünün təhlükəli illüziyası

Bakı. Trend:

Avropa, bir zamanlar mədəniyyətin zirvəsində möhtəşəm şəkildədayanan qitə, bu gün sanki divarları çat-çat olmuş bir qəsrixatırladır və onun müdafiəçiləri getdikcə daha çox narahatnəzərlərlə üfüqə baxırlar. Köhnə qitənin okeanın o tayındakımüttəfiqinə arxayın şəkildə güvəndiyi dövr sona çatır və Avropapaytaxtları getdikcə daha çox qeyri-müəyyənliyin soyuq küləkləriilə sarsılır.

Bir zamanlar NATO geopolitik çağırışlar dalğasında sarsılmaz birqaya kimi görünürdü və Avropanın üzərində dalğalanan ABŞ bayrağıtam təhlükəsizliyin rəmzi idi. Lakin bu gün həmin qaya çatlamağabaşlayıb və alyansın müttəfiqləri başa düşüblər ki, onların müdafiəqalxanı həddindən artıq dərəcədə tək bir sütuna - ABŞ-aəsaslanırmış.

Almaniyanın yeni kansleri postuna iddialı olan Fridrix Mers butəhlükəli vəziyyəti xatırladan bir zəng kimi səsləndi. OnunAvropanın ABŞ-dan asılılığını aradan qaldırmaq zərurəti barədəbəyanatı, uzun illər Amerika hərbi qüdrətinə güvənənlər üçünhəyəcan siqnalı kimi eşidildi. Mers sadəcə söz atmadı - o, artıqBerlin, Paris, Varşava və Romanın siyasi dəhlizlərində kök salmışqorxunu dilə gətirdi: Avropa şərqdən yaxınlaşan qara buludlarqarşısında müdafiəsiz qalıb.

Vaşinqton getdikcə daha çox diqqətini Sakit okean məkanınayönəldir, harada ki, artıq yeni bir böyük dövlətlər qarşıdurmasıyetişir. ABŞ Çinə qarşı mübarizəyə önəm verir və Avropa getdikcəözünü dünya siyasətinin kənarına atılmış hiss edir. Onilliklər boyuqitənin təhlükəsizliyinin təminatçısı olan Amerika, indi açıqşəkildə prioritetlərinin dəyişdiyini göstərir.

Kağız üzərində nə qədər güclü görünsə də, Avropa təhlükəqarşısında çılpaq qalıb. Onun orduları paradda möhtəşəm görünsə də,əslində getdikcə daha çox qılıncını itirmiş parıltılı zirehlicəngavərləri xatırladır. Amerika kəşfiyyatı, Amerika logistikadəstəyi və Amerika hava yanacaq doldurma sistemləri olmadan Avropaboş silah anbarına malik qala kimidir - tamamilə müdafiəsiz.

Bir vaxtlar güclü yumruq kimi təsvir edilən NATO indi isə qorxuvə möcüzə gözləntisi ilə bərkidilmiş qırıq qalxanı xatırladır.Avropa liderləri indi çətin bir suala cavab verməlidir: Onlarhəqiqi bir müdafiə sistemi yarada biləcəklərmi, yoxsa onlarıntaleyi Vaşinqtonun mərhəmətinə hələ də bağlı qalacaqmı?

Bu gün bu sual Avropanın başı üzərində sanki Dəmokl qılıncı kimiasılıb. Onların verəcəyi cavab təkcə qitənin təhlükəsizliyinideyil, həm də bu qeyri-sabit dünyada olduqca həssas olan Avropamüstəqilliyi ideyasının özünü müəyyən edəcəkdir.

Avropanın Hərbi-Hava Qüvvələri

Aviasiya Avropa silahlı qüvvələrinin güclü tərəflərindən birihesab edilir. Yüksək rütbəli amerikalı zabitlərin fikrincə, Avropaölkələrinin güclü quru qoşunları və dəniz donanması yoxdur, lakinonların hərbi-hava qüvvələri bu boşluqları qismən doldurabilər.

Bununla belə, ABŞ aviasiyasının NATO strukturundan çıxarılmasıalyansın ümumi hava qüdrətini ciddi şəkildə zəiflədə bilər. BöyükBritaniya Kral Hərbi-Hava Qüvvələrinin keçmiş komandanı QreqBeqvellin sözlərinə görə, Avropa hərbi aviasiyası müasir, döyüşqabiliyyətli və yaxşı təlim görmüş vəziyyətdədir ki, bu da onlaralazım gəldikdə müstəqil fəaliyyət göstərməyə imkan verir.

NATO-ya üzv Avropa ölkələri Fransanın Rafale, İsveçinGripen və çoxməqsədli Eurofighter Typhoon kimimüasir qırıcılarına malikdirlər. Bu təyyarələr silah və idarəetməsistemlərinə görə bir-biri ilə uyğunluq təşkil edir ki, bu daonların vahid struktur daxilində koordinasiyasını asanlaşdırır.Kanada Hərbi-Hava Qüvvələrinin məhdud sayda olması baxmayaraq,onların döyüş qabiliyyəti yüksək səviyyədə qalır.

Lakin NATO-nun bütün qırıcılarının yarıdan çoxunu amerikaistehsalı olan maşınlar təşkil edir və qalan təyyarələrin dəəhəmiyyətli hissəsi ABŞ istehsalıdır. F-16 Avropada hələdə geniş yayılıb, lakin bir çox ölkələr bu təyyarələri beşincinəsil F-35 ilə əvəzləməyə başlayıblar. Hazırda 20 ölkə, ocümlədən NATO-ya üzv 12 Avropa dövləti F-35 almaq qərarınagəlib. Lakin bu təyyarələrin tədarükü hələ tam başa çatmayıb.

Böyük Britaniya Hərbi-Hava Qüvvələrində hazırda 159 döyüştəyyarəsi, o cümlədən 32 F-35B var. İtaliyanın 195təyyarəsi var ki, bunlardan 24-ü F-35A, ikisi isəF-35B modelidir. Niderlandın 40 döyüşə hazır təyyarəsi varki, hamısı F-35A modelidir. Kanadanın silahlanmasında isə89 hücum təyyarəsi var.

Hərbi aviasiya eksperti Duqlas Berri qeyd edir ki, NATO-nun əsaszərbə gücü məhz amerika təyyarələrinə əsaslanır ki, onlar daözlərində xeyli sayda "hava-hava" və "hava-yer" sinifli silahlardaşıyır.

Avropa NATO ölkələrinin müharibə zamanı silah ehtiyatlarınıoperativ şəkildə bərpa edə bilib-bilməyəcəyi və havada tamüstünlüyü qoruyub saxlayacağı ilə bağlı ciddi narahatlıqlar var.Hərbi ekspert Castin Bronkun fikrincə, xüsusilə Rusiya HHMsistemlərinin NATO aviasiyasının fəaliyyətini ciddi şəkildəməhdudlaşdıra biləcəyi şəraitdə Avropa Hərbi-Hava Qüvvələri ABŞ-ındəstəyi olmadan havada dominantlıq əldə etməkdə çətinlikçəkəcək.

Vaşinqton adətən Avropa müttəfiqlərinə Patriot kimiməşhur HHM komplekslərini təmin edir. Lakin bu komplekslərin sayıAvropa qitəsini qorumaq üçün açıq şəkildə kifayət etmir. Beqvellinsözlərinə görə, Avropa ölkələri bu boşluğu doldurmaq üçün təcilişəkildə öz HHM vasitələrinin yaradılmasına investisiyaqoymalıdır.

Bronkun fikrincə, NATO-ya üzv Avropa ölkələri hələ ki müasirqırıcı təyyarələr, silah sistemləri, pilot hazırlığı və dəstəksistemlərinin effektiv birləşməsini yaratmağa nail olmayıblar.

Böyük Britaniya, İtaliya və Yaponiya bu çağırışlara cavab olaraqbirgə şəkildə 2035-ci ildə istifadəyə verilməsi planlaşdırılanaltıncı nəsil qırıcı təyyarə layihəsi - Qlobal Döyüş AviasiyasıProqramı üzərində işləyirlər. Bununla belə, Böyük Britaniyanınqeyri-müəyyən büdcə perspektivləri və strateji prioritetlərinyenidən nəzərdən keçirilməsi proqramın gələcəyini sual altınaqoyur.

Rusiya aviasiyasının potensialı

Ukraynada aparılan hərbi əməliyyatlar zamanı Rusiya Hərbi-HavaQüvvələrinin ciddi itkilər verməsinə baxmayaraq, onların ümumi gücühələ də əhəmiyyətli səviyyədə qalır. Rusiya hazırda 449 qırıcı vəhücum təyyarəsinə malikdir ki, bunlara Su-34 və məhdudsayda ən yeni Su-57 təyyarələri daxildir. Su-57təyyarələri gizlilik texnologiyaları ilə seçilsə də, Moskva onlarıaktiv döyüş bölgələrində istifadə etməkdən çəkinir.

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun (IISS) məlumatınagörə, Rusiya Hərbi-Hava Qüvvələrinin arsenalında əlavə olaraq 220qırıcı və 262 hücum təyyarəsi yer alır. Ukraynada gedən müharibəzamanı Rusiya aviasiyası müəyyən itkilər versə də, taktikiaviasiyanın böyük hissəsi döyüş bölgələrindən kənarda qalır. ABŞ-ınAvropadakı qüvvələrinin komandanı general Kristofer Kavolininsözlərinə görə, bəzi uğursuzluqlara baxmayaraq, Rusiya aviasiyasıhələ də ciddi təhlükə olaraq qalır.

Ukraynada gedən münaqişə Rusiya quru qoşunlarına da ciddi təsirgöstərib və onların döyüş qabiliyyətini əhəmiyyətli dərəcədəzəiflədib. Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun məlumatınagörə, 2024-cü ildə Rusiya təxminən 1 400 əsas döyüş tankını və 3700 ədəd digər zirehli texnikasını itirib. Fevral 2022-ci ildəmüharibənin başlamasından bu yana Rusiya təxminən 14 000 tank vəzirehli texnika itirib ki, bu da ekspertlər tərəfindən doğrudan dasarsıdıcı rəqəm kimi qiymətləndirilir.

Lakin itkilərlə bağlı qiymətləndirmələr xeyli fərqlənir.Məsələn, yalnız vizual təsdiqlənmiş itkiləri qeydə alanOryx analitik portalı Rusiyanın ən azı 3 786 tankitirdiyini iddia edir. Bu fərqlər göstərir ki, Qərbdə Rusiyaitkiləri ilə bağlı dəqiq məlumatlar hələ də ehtimallar vəfərziyyələrlə məhdudlaşır.

İtkiləri kompensasiya etmək üçün Rusiya sovet dövründən qalmıştexnikanı, o cümlədən bərpa edilmiş və modernizasiya olunmuşmaşınları fəal şəkildə istifadə edir. Bəzi hallarda həttamuzeylərin postamentlərindən götürülən tankların döyüşəqaytarıldığı iddia olunur. Lakin bu kimi məlumatlar tez-tez şübhəilə qarşılanır və çox zaman sadəcə təbliğat elementi kimiqiymətləndirilir.

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun məlumatına görə,2024-cü ildə Rusiya 1 500-dən çox tankı və 2 800 zirehli texnikanıbərpa edib və ya istehsal edib. Bununla belə, sovet dövründənqalmış zirehli texnika ehtiyatları sonsuz deyil və döyüşmaşınlarının bərpası mühüm resurslar və vaxt tələb edir.Analitiklərin fikrincə, qısa müddətdə Rusiya silahlı qüvvələrinianbarlarda saxlanan texnika hesabına dəstəkləyə bilsə də, butexnikanın bərpası bahalı modernizasiya işlərini zəruri edəcək.Orta və uzunmüddətli perspektivdə isə Moskvanın tank istehsalınıartırmaq imkanları var ki, bu da itirilmiş ehtiyatları bərpa etməyəimkan verəcək.

Böyük Britaniya hökuməti 2024-cü ilin əvvəlində bəyan edib ki,Rusiya ildə təxminən 100 yeni tank istehsal edə bilər. Lakin Rusiyaprezidenti Vladimir Putin daha əvvəl ölkədə tank istehsalının beşdəfə artırıldığını iddia edib. Qərb ekspertləri bu bəyanatlaraskeptik yanaşır və yeni texnikanın müasir standartlara uyğunluğuilə bağlı ciddi şübhələr ifadə edirlər.

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun məlumatına görə,Rusiyanın arsenalında təxminən 2 730 əsas döyüş tankı var ki,bunlara köhnəlmiş T-55 və modernizə edilmiş T-80versiyaları daxildir. Bundan əlavə, Rusiyada müxtəlif vəziyyətdəolan təxminən 3 000 ədəd zirehli texnika saxlanılır.

Müqayisə üçün, Qərbi Avropa ölkələrinin tank qüvvələri xeylizəifdir. Böyük Britaniya, Fransa, İtaliya və Almaniyanın birgəarsenalında cəmi 900-dən az əsas döyüş tankı var. Polşanın təxminən660 tankı, Yunanıstanın isə təxminən 1 400 tankı var. Ukrayna iləsərhəd qonşusu olan Rumıniyada 377 tank, Kanadada isə cəmi 74 tankmövcuddur.

Avropa tanklarının bir hissəsi Ukraynaya hərbi dəstək məqsədiləötürülüb. Məsələn, Almaniya Kiyevə Danimarka ilə birgə proqramçərçivəsində 140 Marder piyadaların döyüş maşını, 66zirehli transportyor və 100-dən çox Leopard 1 tankıgöndərib. Almaniya həmçinin Ukraynaya daha müasir Leopard2 tankları da tədarük edib.

Artan təhlükə fonunda Avropa İttifaqı müdafiə xərcləriniəhəmiyyətli dərəcədə artırmağı və ABŞ-dan asılılığı azaltmaq üçünöz müdafiə-sənaye kompleksini inkişaf etdirməyi planlaşdırır.Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen qitənin hərbipotensialını gücləndirməyə yönəlmiş "Avropanın yenidənsilahlandırılması" proqramının başladığını elan edib.

Bununla belə, Qərbi Avropanın qarşısında duran əsasproblemlərdən biri şəxsi heyətin çatışmazlığıdır. Bu isə silahlıqüvvələrin genişləndirilməsi və onların döyüş hazırlığınınartırılması imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Rusiya hərbi-dəniz potensialı

Rusiya Hərbi-Dəniz Donanması onun silahlı qüvvələrinin ən güclükomponentlərindən biri olaraq qalır. Donanma dörd əsas flot vəXəzər flotiliyasından ibarətdir. Bununla belə, Ukraynada baş verənmünaqişə ilə bağlı itkilər Rusiya Qara dəniz donanmasınınimkanlarını ciddi şəkildə zəiflədib.

Ekspertlərin qiymətləndirməsinə görə, Rusiyanın arsenalında 51sualtı qayıq var ki, bunlardan 12-si strateji raket daşıyan, 10-uisə qanadlı raketlərlə təchiz edilmiş sualtı qayıqlardır. Buqüvvələrin əsas hissəsi Şimal Donanmasının tərkibində cəmləşib.Rusiya Hərbi-Dəniz Donanmasının səthdə fəaliyyət göstərən hissəsiisə daha zəifdir - hazırda donanmada yalnız bir təyyarədaşıyan gəmivar ki, o da hazırda işlək vəziyyətdə deyil.

Bununla belə, Rusiya donanmasının ən təhlükəli elementlərindənbiri hələ də onun nüvə sualtı qayıqlarıdır. Hollandiyanın TNOTədqiqat Mərkəzinin analitiki Frederik Mertensin fikrincə, Rusiyadonanmasının ən ciddi təhdidi Yasen layihəsinə aid olan vəqanadlı raketlərlə təchiz edilmiş sualtı qayıqlardır. Bu qayıqlaryüksək sürəti, səssizliyi və güclü döyüş potensialı ilə seçilir vəonların ekipajları Rusiya donanmasının elitasına daxildir. LakinRusiyanın bu tip sualtı qayıqlarının sayı məhduddur və Rusiyasualtı donanmasının əsasını hələ də sovet dövründən miras qalmışqayıqlar təşkil edir.

Ənənəvi olaraq, Rusiya gəmilərinin əhəmiyyətli hissəsi Ukraynaərazisində inşa olunurdu və postsovet dövründə Rusiya bu sənayeinfrastrukturunu tam şəkildə bərpa edə bilmədi. Bununla belə,Rusiya nüvə sualtı donanması ölkənin dəniz qüdrətinin ən vacibelementi olaraq qalır.

ABŞ isə dünya hərbi-dəniz qüvvələri sahəsində dominant gücolaraq qalır. Amerika arsenalında 65 nüvə sualtı qayığı və 11təyyarədaşıyan gəmi var ki, bu da istənilən başqa dövlətinpotensialını xeyli üstələyir. Üstəlik, ABŞ donanması dünyanınmüxtəlif bölgələrində fəal əməliyyatlar həyata keçirir ki, bu daonun resurslarına ciddi yük yaradır.

Qreq Beqvellin fikrincə, Avropa ölkələri koordinasiya olunmuşşəkildə hərəkət edərsə, təhlükələrə qarşı effektiv hərbi-dənizpotensialı formalaşdıra bilərlər. Almaniya və Norveçin hər birinin6 sualtı qayığı, Yunanıstanın 10, İtaliyanın 8, Polşanın 1, İsveçin4, Niderlandın isə 3 sualtı qayığı var. Kanadanın da 4 sualtıqayığı mövcuddur.

Potensial münaqişə zamanı dəniz aviasiyası və sahil raketkomplekslərinin hansı rolu oynaya biləcəyi hələ də açıq sual olaraqqalır. Xüsusilə, əgər döyüşlər Rusiya bazalarından uzaqda yerləşənAvropa dənizlərində baş verərsə, bu amil qeyri-müəyyənlikyaradır.

NATO ölkələri arasında ABŞ-dan başqa yalnız Böyük Britaniya vəFransa nüvə silahına malikdir. Fransa Hərbi-Dəniz Qüvvələri nüvəbaşlıqları ilə təchiz olunmuş ballistik raketlərə malik 4 atomsualtı qayığına sahibdir. Böyük Britaniyanın da 4 belə sualtıqayığı var və yaxın illərdə bu gəmilər yeni Dreadnoughttipli sualtı qayıqlarla əvəz ediləcək. Bu qayıqların 2030-cuillərin əvvəllərində istifadəyə verilməsi planlaşdırılır.

Bununla belə, Böyük Britaniya Hərbi-Dəniz Qüvvələri ciddiproblemlərlə üzləşir. Ekspertlərin məlumatına görə, donanma şəxsiheyətin çatışmazlığından və nüvə sualtı qayıqlarının texnikixidməti üçün kifayət qədər ixtisaslı kadrların olmamasından əziyyətçəkir. Bir çox Britaniya gəmisi uzunmüddətli təmir və modernizasiyasəbəbindən eyni anda dənizə çıxa bilmir.

Mertensin sözlərinə görə, Rusiya da oxşar problemlərləqarşılaşır ki, bu da hər iki tərəfin dəniz qüdrətini qorumaqimkanlarını xeyli çətinləşdirir.

Rusiya dünyanın ən böyük nüvə arsenalına malikdir və bu arsenalABŞ-ın arsenalını say baxımından bir qədər üstələyir. ÜmumilikdəMoskva və Vaşinqton planetdəki bütün nüvə silahlarının təxminən90%-nə sahibdir. Bu arsenal həm strateji, həm də taktiki nüvəsilahlarını əhatə edir və döyüş meydanında və qlobal çəkindirməsiyasətində müxtəlif vəzifələri yerinə yetirmək üçün nəzərdətutulub.

Böyük Britaniya və Fransanın nüvə arsenalları isə Rusiya iləmüqayisədə xeyli kiçikdir. Hər iki ölkənin arsenalında 300-dən aznüvə başlığı var. Üstəlik, London və Parisin NATO-nun 5-ci maddəsiçərçivəsində kollektiv müdafiə naminə nüvə silahlarından hansıhallarda istifadə edəcəyi qeyri-müəyyən olaraq qalır. Ənənəviolaraq, NATO-nun nüvə çəkindirmə strategiyasında əsas rol ABŞ-ınarsenalına məxsusdur və bu element Avropa ölkələrinintəhlükəsizliyinin əsas təminatçısı hesab olunur.

Təhlükəsizlik eksperti Uilyam Fririn fikrincə, "NATO-ya üzvAvropa ölkələri arasında ən güclü hərbi potensial məhz BöyükBritaniyanın nüvə arsenalına aiddir. Bu, olduqca effektivçəkindirmə vasitəsidir və potensial Rusiya təcavüzünün qarşısınıalmaqda mühüm rol oynayır".

Böyük Britaniya hökuməti öz nüvə çəkindirmə qüvvələrini tammüstəqil hesab edir. Bu qüvvələr "Trident" proqramı çərçivəsindəfəaliyyət göstərir ki, bu da həm ölkə daxilində, həm də NATOmüttəfiqləri arasında dəfələrlə müzakirələrə səbəb olub. Bununlabelə, bəzi ekspertlər Böyük Britaniyanın nüvə proqramının tammüstəqilliyini şübhə altına alır. Amerika Alimləri Federasiyasınınnümayəndəsi Hans Kristensenin sözlərinə görə, Londonda verilənbəyanatlara baxmayaraq, Böyük Britaniyanın nüvə qüvvələri birbaşaABŞ-dan asılıdır. Onun sözlərinə görə, Böyük Britaniya raketlərimüstəqil şəkildə buraxa bilər, lakin həmin raketlər və onlarınkomponentləri ABŞ istehsalı olduğundan bu, Britaniyanın nüvəproqramının tam müstəqilliyini faktiki olaraq məhdudlaşdırır.

Fransa prezidenti Emmanuel Makron Fransa nüvə qüvvələrininməsuliyyət dairəsini genişləndirməyi təklif edərək, bütün AvropanıFransanın "nüvə çətiri" altında qorumaq təşəbbüsü ilə çıxış edib.Bu təklif ənənəvi olaraq Rusiyanın mümkün aqressiyasından ən çoxnarahat olan Polşa və Baltikyanı ölkələr tərəfindən müsbətqarşılanıb. Lakin Kreml bu təşəbbüsü kəskin şəkildə tənqid edərəkonu "açıq konfrantasiyaya çağırış" adlandırıb və bu addımın Avropaqitəsində gərginliyi daha da artırmaq məqsədi daşıdığınıbildirib.

Alman siyasətçisi Fridrix Mers ötən bazar günü Almaniya mediasıqarşısında çıxış edərək nüvə təhlükəsizliyi məsələsinə də toxunub.O bəyan edib ki, nüvə silahının kollektiv istifadəsi məsələsi bütünNATO bloku səviyyəsində müzakirə olunmalıdır. Bununla yanaşı, Mersvurğulayıb ki, Avropa müttəfiqləri ABŞ-ın təmin etdiyi nüvəqorunmasından məhrum edilməməlidir. "Qlobal təhlükəsizliksistemində baş verən dəyişikliklər biz avropalıların bu məsələnibirlikdə müzakirə etməsini zəruri edir", - deyə Mers qeyd edib vəAvroatlantik müdafiə strategiyası çərçivəsində razılaşdırılmışqərarların vacibliyini vurğulayıb.

Avropa üçün nüvə çəkindirmə məsələsi təkcə strateji hesablamadeyil, təkcə kağız üzərində yazılmış soyuq rəqəmlər və ya NATOdəhlizlərində bağlanmış formal razılaşmalar deyil. Bu, bütöv birqitənin gələcəyini müəyyən edən seçimdir - ümidlə qorxu,təhlükəsizliklə xaos arasında seçimdir.

Avropa bu gün qeyri-müəyyənlik dövrünün astanasında dayanıb,burada güc balansı üzərində qurulmuş dünya yeni təhdidlərin təzyiqialtında tədricən dağılır. Keçmişdə etibarlı dayaq olan Amerikadəstəyi getdikcə qeyri-sabitləşir, sanki ayaqlar altındakı zəiftorpaq sürüşür və Avropanın özünəməxsus nüvə qalxanı yaratmaqideyası eyni anda həm ümid, həm də təşviş yaradır. Lakin qorxuüzərində möhkəm qala qurmaq mümkündürmü? Çoxdan qurulmuş stratejidayaqları tələsik qurulmuş barrikadalarla əvəzləmək olarmı?

Avropa İttifaqı yenə də öz müstəqilliyinə inam və xaricimüttəfiqlərdən asılılıq arasında tərəddüd edir. Fransa qızğın birkeşikçi kimi öz "nüvə çətiri"ni təklif edərkən, Avropapraqmatizminin təcəssümü olan Almaniya geniş müzakirə və konkretzəmanətlər tələb edir. Lakin reallıq ondan ibarətdir ki, üfüqdəqara buludlar toplanır və uzaqdan ildırım səsləri getdikcə daha ucaeşidilir.

Dünya elə bir dövrə qədəm qoyur ki, müharibə təhlükəsi artıq birabstraksiya deyil. Dünənədək Soyuq Müharibə dövrünün arxaik rəmzikimi görünən nüvə arsenalı bu gün yenidən real siyasətin elementi,uduşların son dərəcə yüksək olduğu təhlükəli bir oyunun tərkibhissəsinə çevrilir.

Lakin Avropa sadə bir həqiqəti xatırlamalıdır: təkcə silahqələbəni təmin etmir. Tarix göstərir ki, ən güclü ordu belə,arxasında birlik iradəsi, xalqların həmrəyliyi və azadlıqlarınıqorumaq qətiyyəti olmadan gücsüzdür.

Avropa qarşıdan gələn fırtına qarşısında möhkəm dayanmaqistəyirsə, təkcə silahlanmaqla kifayətlənməməli, həm də qətiyyətlivə inamlı bir səs qazanmalıdır. Dünya maarifçilik, humanizm vədemokratiya ideyalarını bəxş etmiş qitə qlobal siyasət səhnəsindəqorxaq və sönük bir müşahidəçiyə çevrilə bilməz.

Bu gün Avropa liderləri anlamalıdır ki, Avropanın əsas silahı nəşaxtalarda yerləşən raketlərdir, nə də dənizlərin dərinliklərindəgizlənmiş atom sualtı qayıqları. Onun əsas silahı - ruhun gücü,dəyərlərini qorumaq iradəsi və təhdidlər qarşısında birliyini təminetmək bacarığıdır.

Məhz bu birlik elə bir qalxan olacaq ki, heç bir raket onu deşəbilməyəcək.

Baku Network

Məqalədə:
Seçilən
7
2
az.trend.az

3Mənbələr