AZ

"Qarabağ" bu gün "Kəpəz"lə qarşılaşacaq

Futbol üzrə Misli Premyer Liqasının XXVII turunda bu gün "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq. Metbuat.az xəbər verir ki, Tovuz şəhər stadionuda keçiriləcək oyunun start fiti saat 17:00-da səslənəcək.Günün növbəti matçında isə "Sabah" "Zirə" ilə münasibətlərinə aydınlıq gətiurəcək. "Bank Respublika Arena"da reallaşacaq qarşılaşma saat 19:30-da başlayacaq.63 xalı olan "Qarabağ" turnir cədvəlində liderdir. Ağdam təmsilçisini 51 xalla "Zirə" təqib edir. 34 xalı olan "Sabah" beşinci, 22 xala malik "Kəpəz" isə doqquzuncudur.Misli Premyer LiqasıIII dövrə, XXVII tur15 mart17:00. “Kəpəz” – “Qarabağ”Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.VAR: Cavid Cəlilov.AVAR: Akif Əmirəli.Hakim-inspektor: Əmrah İbrahimov.AFFA nümayəndəsi: İlham Əliyev.Tovuz şəhər stadionu19:30. “Sabah” – “Zirə”Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.VAR: Nicat İsmayılov.AVAR: Cəmil Quliyev.Hakim-inspektor: Ömər Paşayev.AFFA nümayəndəsi: Erkin Hüseynov."Bank Respublika Arena"

Qeyd edək ki, turun açılış matçında "Araz-Naxçıvan" "Şamaxı" ilə heç-heçəyə razılaşıb - 1:1.

Seçilən
25
10
metbuat.az

10Mənbələr