AZ

“Qapalı geyinən müğənnilərə “çuşka” deyirlər, efirə lüt çıxanları isə..” – Aşıq Zülfiyyə əsəbləşdi

“Rəngarəng” verilişində Üzeyir Mehdizadəni sənətkar adlandırmağım əksər sosial şəbəkə istifadəçilərini əsəbləşdirib. Əgər Üzeyirin tamaşaçı kütləsi varsa, öz peşəsini layiqincə yerinə yetirirsə niyə də ona sənətkar deməyək? Hamısı bizimdir, niyə pisləməliyik ki? O böyük bir tamaşaçı kütləsinin sevimlisidir. Bizim haqqımız yoxdur ki, onu tənqid atəşinə tutaq, təhqir edək. Əlbəttə ki, zövqlər müxtəlifdir. Biz heç kimi məcbur edə bilmərik ki, bunu sev, onu sevmə”

Bunu Medianews.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib.

“QapalıAşıq Zülfiyyə əsəbləşdi" src="https://cdn.medianews.az/2025/03/img-20250315-wa0061.jpg" title="“Qapalı geyinən müğənnilərə “çuşka” deyirlər, efirə lüt çıxanları isə..” - Aşıq Zülfiyyə əsəbləşdi 2">

O daha sonra əlavə edib: “Hər kəs ayağını yorğanına görə uzadır da. Hamı muğam, aşıq musiqisi və yaxud estrada mahnısı oxumalı deyil ki. Onun da musiqi səpkisi belədir də. Ümumiyyətlə könül sındırmaqla nə əldə edirik ki? Yaxşıya da qulp qoyuruq, pisə də. Bəzi müğənnilər qapalı paltar geyinir, altından yazırlar ki, çuşkadır. Amma biri efirə lüt çıxır, onu tənqid atəşinə tutan olmur. Demək ki, bizim dünyagörüşümüz budur da. Hara gediriksə bilmirik. Ona görə də o da yaxşıdır, bu da. Ümumiyyətlə mənim aləmimdə nə pis sənətkar yoxdur, nə də pis adam. Mənim aləmimdə hər kəs yaxşıdır. Allah yaxşıları var etsin, yamanların da könlünə insaf salsın ki, onlar da yaxşı olsun”.

“QapalıAşıq Zülfiyyə əsəbləşdi" src="https://cdn.medianews.az/2025/03/img-20250315-wa0062.jpg" title="“Qapalı geyinən müğənnilərə “çuşka” deyirlər, efirə lüt çıxanları isə..” - Aşıq Zülfiyyə əsəbləşdi 3">

Aşıq bildirib ki, evdə böyük hər zaman güzəştə getməlidir:

“Gəlinlə qaynana istəyəndə rəfiqə olur. Bu hər iki tərəfdən asılıdır. Biz gəlinimlə ana-balayıq. 5 il biz birlikdə yaşamışıq. Onlar sonra yeni ev alanda yanımdan köçdülər. Bu 5 ildə aramızda zərrə qədər də olsun problem yaşanmayıb. Böyüklər güzəştə getməyi bacarmalıdırlar. Hətta problem belə olsa mən onun səhvini gəlində yox, Babəkdə görürəm. Bəzən zarafatca deyirəm ki, Babək mənim oğlum yox, kürəkənimdir, gəlinim də qızımdır. Mehribançılığı böyüklər yaratmalıdır. Hansı ana istəyər ki, oğlu xoşbəxt olmasın? Mən inanmıram ki, belə ana olsun”.

Əli Əsgər

Medianews.az

   

Seçilən
5
1
turanpress.com

2Mənbələr