AZ

Neymar milliyə qatılmayacaq

Braziliya millisi və "Santos"un futbolçusu Neymar yığmanın qarşıdakı oyunlarını buraxacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyasının (CBF) mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl Braziliya millisinin baş məşqçisi Dorival Junior 33 yaşlı futbolçunu DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya (21 mart) və Argentina (26 mart) ilə oyuna çağırıb.

Neymarın yığmaya qatılmaması qərarını komandanın tibbi heyəti verib.

O, Braziliya millisində son oyununu 2023-cü il oktyabrın 18-də Uruqvaya qarşı keçirib. 


Telegram kanalımız
Seçilən
34
6
yenisabah.az

10Mənbələr