AZ

Bu şəxslər ABŞ-yə girə bilməyəcək

ABŞ hökuməti, Rusiya və Belarus da daxil olmaqla 43 ölkənin vətəndaşları üçün giriş qaydalarını sərtləşdirməyi planlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki, Vaşinqton, Rusiyadan və Belarusdan olan turistlərə və miqrantlara giriş icazəsi verməyəcək.

Yalnız işgüzar məqsədlərlə ABŞ-ni ziyarət edən varlı sahibkarlar viza ala biləcək. 

Yeni qaydalar daha 41 ölkənin vətəndaşlarına da təsir edəcək. Məlumata görə, ABŞ Dövlət Departamenti bu ölkələri üç kateqoriyaya ayırmağı təklif edib: 

Birinci kateqoriyanın vətəndaşlarına ABŞ sərhədlərini keçmək qadağan olunacaq. Bura Əfqanıstan, Butan, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən aiddir.

İkinci kateqoriyanın insanlarına bu ölkələr üzrə ciddi məhdudiyyətlər tətbiq olunacaq. Buraya Rusiya və Belarusla yanaşı, Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Syerra-Leone, Cənubi Sudan və Türkmənistan daxildir. Üçüncü kateqoriyaya isə ABŞ-yə tam və ya qismən səyahət qadağası tələb olunan ölkələrdir.

Siyahıya Anqola, Antigua və Barbuda, Benin, Burkina Faso, Kamboca, Kamerun, Cape Verde, Çad, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Dominika, Ekvatorial Qvineya, Qambiya, Liberiya, Malavi, Mali, Mavritaniya, Sent-Kits və Nevis, Sent-Lusiya, San-Tome və Prinsip, Vanuatu və Zimbabve daxildir. Qeyd olunur ki, ABŞ Dövlət Departamenti bu siyahını bir neçə həftə əvvəl hazırlayıb və dəyişiklik edilə biləcəyi istisna olunmur.

Seçilən
5
cebheinfo.az

1Mənbələr