AZ

Özbəkistanın keçmiş XİN rəhbəri iri texnoloji şirkətlərin artan təsirindən danışıb

Bakı.Trend:

İri texnoloji şirkətlərin beynəlxalq siyasətə və iqtisadiyyatatəsiri artmaqda davam edəcək.

Trend xəbərverir ki, bunu Özbəkistanın keçmiş Xarici İşlər Naziri VladimirNorov XII Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Yeni dünyaüçün yeni texnologiyalar" mövzusunda panel müzakirəsində etdiyiçıxışda deyib.

Onun sözlərinə görə, rəqəmsal infrastruktura nəzarət edən,nəhəng həcmli məlumatları idarə edən iri texnologiya şirkətləri(Big Tech) – transmilli korporasiyaların təsir gücü daha da artacaqki, bu da beynəlxalq siyasət, iqtisadiyyat və hətta münaqişələrətəsirsiz ötüşməyəcək.

“Onların innovasiyaları əhəmiyyətli faydalar gətirsələr də, bukorporasiyaların nəzarətdən kənarda qalan hakimiyyəti istismar vəqlobal qeyri-sabitliyə gətirib çıxara bilər. Texnoloji tərəqqiyəqarşı çıxmaq əvəzinə biz onun etik prinsiplərin, ədalət vəməsuliyyətin nəzərə alınması ilə inkişafını təmin etməliyik”,- deyəo bildirib.

.

Məqalədə:
Seçilən
9
2
az.trend.az

3Mənbələr