AZ

Qadın futbolçularımız Bolqarıstan millisi ilə üz-üzə gələcəklər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində növbəti (ikinci) oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, B Liqasının ikinci qrupunda yer alan yığma Bolqarıstanla üz-üzə gələcək.
Bayıl stadionunda təşkil olunacaq qarşılaşma saat 16:00-da başlayacaq.
Qrupun digər oyununda Lüksemburq və Malta seçmələri qarşılaşacaq (saat 11:00-da).
Qeyd edək ki, millimiz ilk oyunda Lüksemburq seçməsinə 0:5 hesabı ilə uduzub.
Seçilən
1
1
oxu.az

8Mənbələr