Azərbaycan Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə qalmaqal yaşayan Əməkdar artist Mehriban Xanlarova yeni paylaşım edib.
O, izləyicilərini tamaşasına dəvət edərək bunları yazıb:
“Sizi 15 mart saat 19:00-da Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində nümayiş olunacaq “Şükriyyə” tamaşasına dəvət edirik!
Bu tamaşada mən Zöhrə, tərəf müqabilim Münəvvər Əliyeva isə Şükrü obrazını canlandırır. Hadisələr bizi repressiyaya aparsa da, haqsızlığa boyun əymirik! Səhnədə yaratdığımız bu obrazlar yalnız bir tamaşanın qəhrəmanları deyil - biz onları real həyatda da yaşayırıq. Teatrımızın bədii rəhbəri tərəfindən göstərilən haqsızlıqlara qarşı apardığımız haqq mübarizəsində Zöhrə və Şükrünün hisslərini, əzmini, sarsılmaz inancını öz ürəyimizdə daşıyırıq. Çünki sənət yalnız səhnədə deyil, gerçək həyatda da ədalət uğrunda mübarizə aparmaqdır!
Gəlin, birlikdə bu təsirli hekayənin şahidi olaq!”.//Olay.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta