AZ

Real TV-nin 7 yaşı tamam olur

Bakı, 15 mart, AZƏRTAC

Bu gün Real Televiziya kanalının fəaliyyətə başlamasının ildönümüdür.

AZƏRTAC xəbər verir ki, Real TV-nin 7 yaşı tamam olur.

“Real Təhlil İnformasiya Mərkəzi” MMC 2018-ci il martın 15-də fəaliyyətə başlayıb. 2019-cu il mayın 10-da isə ümumrespublika yayımına çıxıb.

24 saatlıq rejimlə fəaliyyət göstərən televiziya kanalı təkcə Azərbaycan auditoriyasını deyil, həm də dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir. Televiziyada gün ərzində yerli və xarici xəbərlər, aktual mövzuların müzakirəsi və təhlili izləyicilərə təqdim olunur.

Real TV-yə yeni yaşında da izləyicilərinin etimadını qoruyub saxlamağı və əməkdaşlarına yeni yaradıcılıq uğurları arzulayırıq!

 

 

Seçilən
13
2
azertag.az

3Mənbələr