AZ

Tramp 43 ölkənin vətəndaşlarını ABŞ-yə buraxmayacaq - Siyahıda hansı ölkələr var?

Tramp administrasiyası 43 ölkə vətəndaşları üçün yeni səyahət qadağası üzərində işləyir.

"New York Times"-ın əldə etdiyi sənəd layihəsinə görə, bu ölkələr üç kateqoriyaya bölünür: qırmızı siyahı, narıncı siyahı və sarı siyahı. Qırmızı siyahıda olan 11 ölkənin vətəndaşlarının ABŞ-yə girişi tamamilə qadağan ediləcək. Narıncı siyahıda olan 10 ölkənin vətəndaşlarına viza məhdudiyyəti tətbiq olunacaq. Sarı siyahıdakı 22 ölkəyə ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlığı artırmaq üçün 60 gün vaxt veriləcək.

ABŞ Dövlət Departamentinin hazırladığı layihəyə görə, qırmızı siyahıda yer alan ölkələr bunlardır: Əfqanıstan, Butan, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən. Bu ölkələrin vətəndaşlarının ABŞ-yə girişi tamamilə qadağan ediləcək.

Narıncı siyahıda olan 10 ölkənin ABŞ-yə girişi məhdudlaşdırılacaq. Bu ölkələrdən gələn vətəndaşlar məcburi üz-üzə viza müsahibəsindən keçəcək və yalnız işgüzar səfərlər kimi müstəsna hallarda ölkəyə daxil ola biləcəklər. Adı çəkilən ölkələrə Belarus, Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Rusiya, Sierra Leone, Cənubi Sudan və Türkmənistan daxildir.

Sarı siyahıdakı 22 ölkəyə ABŞ-nin təhlükəsizlik tələblərini yerinə yetirmək üçün 60 gün vaxt veriləcək. Bu ölkələrə Anqola, Benin, Burkina Faso, Kamerun, Konqo, Ekvatorial Qvineya, Qambiya, Liberiya, Malavi, Mali, Mavritaniya, Vanuatu və Zimbabve kimi Afrika və Asiya ölkələri daxildir. Bu ölkələr müəyyən edilmiş müddət ərzində ABŞ-nin təhlükəsizlik tələblərinə əməl etməsələr, narıncı və ya qırmızı siyahıya salınacaqlar.

"AzPolitika.info"

Seçilən
8
azpolitika.info

1Mənbələr