AZ

Xəzər və Nəsimi rayonlarında vətəndaşlar tərəfindən polisə 2 avtomat təhvil verilib

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Xəzər və Nəsimi rayonlarında 2 şəxs 2 avtomat silahı, 1 patron darağı və 12 patronu polisə təhvil verib.

Faktla bağlı araşdırmalar aparılır.

Seçilən
12
4
sia.az

10Mənbələr