AZ

Avropa xalçasının lideri - 5-ci dəfə

Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, 7 gün ərzində 30 dəst medal sahibini tapıb.

Azərbaycan millisi 4 qızıl, 5 gümüş və 7 bürünc olmaqla ümumilikdə 16 medal qazanıb.

Komanda hesabında 1-ci olan sərbəst güləşçilər daha çox – 9 mükafata sahib çıxıblar. Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürüncə sahib olublar.

4-cü yeri tutan qadın millisinin qazandı 3 medaldır. Elnurə Məmmədova (53 kq) və Günay Hümbətova (59 kq) qızıl, Əsmər Cankurtaran (50 kq) bürünc əldə edib.

Yunan-Roma güləşçiləri də komanda hesabında 4-cü olub. 4 medal qazanan yığmada Ruslan Nurullayev (72 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Elmir Əliyevlə (55 kq) Xasay Həsənli (77 kq) bürüncə yiyələniblər.

Millimiz medal sıralamasında 1-ci yeri tutub. Bu siyahıda nəzərə alınmayan neytral statuslu idmançıları saymasaq, komandamız hamını qabaqlayıb. Hətta ümumi sayda da millimiz hamıdan öndə - Türkiyə ilə şərik olub.

Bu, millimizin ardıcıl 4-cü, ümumilikdə 5-ci zəfəridir. Pəhləvanlarımız 2017-ci, 2022-25-ci illərdə Avropa xalçasının lideri olublar.

yer

ölkə

qızıl

gümüş

bürünc

cəmi

-

Neytal atletlər

13

9

9

31

1

Azərbaycan

4

5

7

16

2

Türkiyə

4

1

11

16

3

Ukrayna

3

3

7

13

4

Gürcüstan

2

2

4

8

5

Moldova

2

1

3

6

6

Ermənistan

1

1

3

5

7

Bolqarıstan

1

0

0

1

8

Fransa

0

2

1

3

9

Polşa

0

1

3

4

10-11

Almaniya

0

1

2

3

Macarıstan

0

1

2

3

12-14

İsrail

0

1

0

1

İtaliya

0

1

0

1

Estoniya

0

1

0

1

15-22

Xorvatiya

0

0

1

1

Danimarka

0

0

1

1

Finlandiya

0

0

1

1

Yunanıstan

0

0

1

1

Rumıniya

0

0

1

1

İspaniya

0

0

1

1

İsveç

0

0

1

1

İsveçrə

0

0

1

1

Cəmi

30

30

60

120

Vüqar Xeyrullayev
İdman.biz

Seçilən
4
1
idman.biz

2Mənbələr