I Liqa təmsilçisi "Mingəçevir" Fil Dişi Sahilindən olan Donald Ange ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.

Rekord.az xəbər verir ki, 20 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Müddətin bu qədər az olması da öncədən razılaşdırılıb. Hər şey futbolçunun qarşıdakı 3 ayda özünü necə göstərməsindən asılı olacaq. Əgər Ange özünü yaxşı tərəfdən göstərsə, onunla müqavilənin müddəti daha 1 illik uzadılacaq və maaşı da artırılacaq.