Marsa "Starşip" kosmik gəmisi ilə insanabənzər robotlar uçacaq.
Sitat.info xəbər verir ki, bu barədə amerikalı iş adamı İlon Mask deyib.
Onun sözlərinə görə, kosmik gəminin 2026-cı ilin sonunda Marsa göndəriləcəyi planlaşdırılır.
Mask qeyd edib ki, ilk insannın planetə çatması 2029-cu ildə nəzərdə tutulsa da, bunun daha çox 2031-ci ildə baş verəcəyi ehtimal olunur.