AZ

Bakıda növbəti ağacəkmə aksiyası və iməclik keçirildi - Fotolar

Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, sərəncamın icrası ilə bağlı və ənənəvi olaraq Novruz Bayramı ərəfəsində mart ayının 15-də Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonu ərazilərində ağacəkmə aksiyası keçirilib.

Aksiya çərçivəsində icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş ağac və kol bitkiləri əkilib.

Eyni zamanda gün əzində paytaxtın kommunal xidmətləri tərəfindən xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində şəhərdə təmizliklə bağlı daxili iməclik keçirilib.

Xidmətin xüsusi təyinatlı texnikası və əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, BŞİH-nin müracitinə qoşulan özəl sektor nümayəndələri tərəfindən ticarət və digər obyektlərin vitrinləri və qarşısı təmizlənib.







Seçilən
2
9
qafqazinfo.az

10Mənbələr