AZ

Rusiyaya kütləvi PUA hücumu olub

Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin gecə saatlarında Ukrayna ordusunun Rusiya şəhərlərinə atdığı 126 pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.

"Cebheinfo.az" xarici KİV-ə istinadən xəbər verir ki, ən çox hücum Volqoqrad vilayətində həyata keçirilib və burada 64 PUA vurulub.

Bundan əlavə, Voronej vilayətində 38, Belqorod vilayətində 14, Bryansk vilayətində 7, Rostov vilayətində 2, Kursk vilayətində 1 pilotsuz uçuş aparatı məhv edilib. Belqorod qubernatoru Vyaçeslav Qladkov bəzi yaşayış məntəqələrinin hücumlardan zərər çəkdiyini bildirib. Valuyki şəhərində PUA-nın qəzaya uğramasından sonra yanğın baş verib. Şebekino rayonunun Murom kəndində PUA-lar yerə iki partlayıcı maddə ataraq bir evin şüşələrini sındırıb, digərinin damını deşiblər. Tişanka kəndində pilotsuz uçan aparat partlayıcı maddə ataraq şəxsi əmlaka və yardımçı tikiliyə ziyan vurub.

Hücumlar səbəbindən Saratov və Volqoqrad hava limanlarında uçuşlar müvəqqəti olaraq dayandırılıb.  Bundan əlavə, dron hücumu təhlükəsi ilə əlaqədar Şimali Osetiyada həyəcan rejimi elan edilib.

Seçilən
8
cebheinfo.az

1Mənbələr