AZ

“Kiyev üçün vaxt daralır...”

“Rusiya Prezidenti Vladimir Putinin Ukrayna qüvvələrinə Kursk bölgəsində silahı yerə qoymaq təklifi hələ də qüvvədədir, lakin Kiyev üçün vaxt daralır”.

News24.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Qeyd edək ki, bir neçə gün öncə Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədə Kursk vilayətində ukraynalı yaraqlıların silahı yerə qoyub təslim olacağı təqdirdə onların həyatına və layiqli rəftar edilməsinə zəmanət verib. Rusiya prezidenti qeyd edib ki, lakin bunun üçün Kiyevin hərbi-siyasi rəhbərliyi müvafiq əmr verməlidir./qafqazinfo


Seçilən
9
50
news24.az

10Mənbələr