AZ

Bu ölkənin vətəndaşları ABŞ-yə çətinliklə girəcək - Adlar

ABŞ hakimiyyəti Rusiya və Belarus da daxil olmaqla 43 ölkə vətəndaşları üçün ölkəyə giriş qaydalarını sərtləşdirmək niyyətindədir.

 

Sfera.az xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən yazır.

 

Onların fikrincə, Vaşinqton ruslar və belaruslar üçün sərhədlərini tamamilə bağlamayacaq. Bununla belə, yalnız bizneslə bağlı məsələlərlə əlaqədar ABŞ-yə səfər edən varlı sahibkarlar viza ala biləcəklər. Qəzetin ABŞ hökumətindəki mənbələri bildiriblər ki, Rusiya və Belarusdan gələn turist və miqrantların ölkəyə girişi qadağan ediləcək.

 

ABŞ-yə yeni giriş qaydaları daha 41 ölkəni əhatə edəcək. Bildirilib ki, ABŞ Dövlət Departamenti bu ölkələrin üç kateqoriyaya bölünməsini təklif edib. Birinci qrupa daxil olan ölkələrin vətəndaşlarına ABŞ sərhədini keçmək qadağan ediləcək. Bura Əfqanıstan, Butan, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən daxildir.

 

İkinci kateqoriya ABŞ-yə səfərlə bağlı əhəmiyyətli məhdudiyyətləri nəzərdə tutur. Bura Rusiya və Belarusdan başqa daha səkkiz ölkə daxildir: Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Sierra Leone, Cənubi Sudan və Türkmənistan.

 

ABŞ hakimiyyəti üçüncü qrupa ABŞ-yə səyahətə qismən və ya tam qadağa qoyulmasını tələb edən yoxlamalar haqqında məlumatın kifayət qədər olmadığı ölkələri daxil edib. Bu, Anqola, Antiqua və Barbuda, Benin, Burkina Faso, Kamboca, Kamerun, Cape Verde, Çad, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Dominika, Ekvatorial Qvineya, Qambiya, Liberiya, Malavi, Mali, Mavritaniya, Sent-Lusiya, Sent-Kits-Neyvi və Sent-Kits-Neynə və digər ölkələrə aiddir. 

 

Bu arada qeyd edilir ki, yuxarıda qeyd olunan ölkələrin siyahısı və onların qruplaşdırılması bir neçə həftə əvvəl Dövlət Departamenti tərəfindən hazırlanıb və ona dəyişiklik edilə bilər.

 

Firuzə Əliyeva

Seçilən
6
sfera.az

1Mənbələr