AZ

Sumqayıtda ağacəkmə aksiyası keçirilib - FOTO

Sumqayıt şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində ekoloji tarazlığın qorunması və yaşıllıq sahələrinin artırılması məqsədilə ağacəkmə aksiyası təşkil olunub.

APA xəbər verir ki, bulvar ərazisində keçirilən aksiyada Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, şəhər ictimaiyyətinin nümayəndələri, ekoloji fəallar və könüllülər iştirak ediblər.

Aksiya çərçivəsində Sumqayıt bulvarında min ədəd zeytun ağacı əkilib. Bu təşəbbüs şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılmasına töhfə vermək məqsədi daşıyır.

Vurğulanıb ki, Sumqayıt şəhərində ekoloji layihələrin davamlı şəkildə həyata keçirilməsi şəhərin inkişaf strategiyasının vacib istiqamətlərindən biridir. Bu çərçivədə şəhərdə yaşıllaşdırma tədbirləri mütəmadi olaraq keçirilir, müxtəlif ağac növlərinin əkilməsi və ekosistemin qorunması istiqamətində ardıcıl addımlar atılır.

Qeyd edək ki, Sumqayıt şəhərində ekoloji tarazlığın qorunmasına xüsusi diqqət yetirilir və gələcəkdə də bu kimi təşəbbüslərin davam etdirilməsi nəzərdə tutulur.

Sumqayıtda Sumqayıtda Sumqayıtda Sumqayıtda Sumqayıtda Sumqayıtda Sumqayıtda Sumqayıtda Sumqayıtda
Seçilən
24
3
apa.az

4Mənbələr