AZ

Bərdədə yaşayış binasındakı uçqunda xəsarət alan şəxsin SON VƏZİYYƏTİ

15.03.2025-ci il tarixində saat 11:30 radələrində 1990-cı il təvəllüdlü şəxs (qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, qasıx sümüyünün sınığı, baş-beyin silkələnməsi, döş qəfəsinin küt travması diaqnozları təyin edilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, bu gün səhər saatlarında Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanı uçub.

Seçilən
5
4
day.az

6Mənbələr