AZ

Xosep Qvardiola Fabio Kapellonun cavabını verdi

“Mançester Siti”nin ispan baş məşqçisi Xosep Qvardiola məşhur italyan mütəxəssis Fabio Kapellonun cavabını verib.

Arena.az xatırladır ki, daha əvvəl Kapello, “Pep”in diqtə etdiyi, çoxsaylı ötürmələrdən ibarət futbol üslubunun futbola ziyan vurduğu haqda qənaətini açıqlamışdı.

Xosep Qvardiola həmkarının bu ittihamını belə cavablandırıb:

“Mən, insanların haqqımda dilə gətirdiyi hər bir xüsusu dinləyirəm. Hər bir xüsusu, odur ki, diqqətli olun! Cənab Fabio Kapello müvafiq məsələ ilə bağlı ilk dəfə danışmır. Mən, italyan futbolunda qələbə qazanmaq üçün kifayət qədər yaxşı deyiləm… Bərk qucaqlayıram, Fabio, bərk qucaqlayıram!”, – “City Xtra” dərgisi ispan mütəxəssisdən sitat gətirir.

Əlavə edək ki, Kapello həmçinin digər məşqçilərin, xüsusən İtaliyada, Qvariolanın oyun üslubunu təqlid etməklə, illərlə əsassız yerə vaxt idirdikləri və müvafiq oyun üslubunun darıxdırıcı olduğu qənaətindədir.

Seçilən
9
arena.az

1Mənbələr