Texnologiyalar bu gün insan beyninə təsir göstərir.
APA xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan "Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə
Yeni Cəbhələr" adlı paneldə Böyük Britaniyanın Lordlar Palatasının üzvü Suzan Qrinfild deyib.
O, qlobal səhiyyə böhranının təsiri haqqında danışıb: "Mən qlobal sağlamlıq böhranını görürəm və bu, bütün siyasətə və millətlərə təsir edir. Çox mərkəzi olan məsələ var ki, məncə bu fərdiliyi təhlükə altına alır".
Suzan Qrinfild sürətli texnologiyanın gənclərin beyninə, onların düşüncə və hisslərinə təsir etdiyin vurğulayıb: "İnternet vasitəsi ilə insanların beyni yuyulur manipulasiya edilir. İnsanların arasında kütləvi xəstəlik var və bu qavrama dərk etmə xəstəliyi ilə bağlıdır” - o, sonda qeyd edib.