AZ

Moldovanın sabiq Baş naziri: Yeni pandemiyalarda fərqli addımlara hazır olmalıyıq

Səhiyyə sistemini dəyişmək üçün prioritetlər dəyişməlidir.

APA xəbər verir ki, Moldovanın sabiq Baş naziri Çiril Qaburici "Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr" adlı panel müzakirəsində deyib.

Çiril Qaburici qlobal səhiyyə problemləri ilə mübarizədə bəzi hallarda prioritetlərin düzgün seçilmədiyini diqqətə çatdırıb. O qeyd edib ki, bu parçalanma və rəqabəti artırır.

"Biz Covid pandemiyasını yaşadıq. Oxşar bir hal baş verdiyi halda, yeni pandemiyalar yarandığı təqdirdə fərqli addımlar atmağa hazır olmalıyıq. Səhiyyə sahəsinə investisiyalar dəyişmir, hərb sənayesinə, müharibələrə qoyulan sərmayələr dəfələrlə artırılıb. Üstəlik, vəsait bölgüsü qeyri-bərabərdir. Bəzi ölkələrin səhiyyə sistemi zəifdir, insanların tibbi xidmətlərə əli çatmır. Səhiyyə sistemini dəyişmək üçün prioritetlər dəyişməlidir. Səhiyyə sahəsində düzgün protokolların hazırlanması vacibdir. Ancaq bu halda fövqalədə vəziyyətlərdə dünya əhalisinə yardım etmək mümkündür", - deyə o qeyd edib.

Seçilən
7
1
apa.az

2Mənbələr