AZ

Səhiyyə naziri: "Süni zəka xəstəliklərin aradan qaldırılmasında əvəzsiz dəstək ola bilər"

"Səhiyyə sisteminin gələcəyi proqnozlaşdırıla bilən olmalıdır. Biz tarixi keçid nöqtəsindəyik. Süni zəkanın rolu burada danılmazdır. Məhz süni zəka xəstəliklərin aradan qaldırılmasında bizə əvəzsiz dəstək ola bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Qlobal səhiyyə böhranda: hazırlılıq və bərabərlikdə yeni cəbhələr" panel müzakirələrində Azərbaycanın Səhiyyə naziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, ölkələr innovativ olmağa çalışırlar, səhiyyə bizə burada kömək olmalıdır.

Nazir həmçinin qeyd edib ki, pandemiya, səhiyyə problemləri yeni peyvəndlərin yaranmasını tələb edir:

"İqlim dəyişikliyinin qarşısını almaq əsas prioritetlərdən biridir. Səhiyyə sistemi texnoloji inkişaf və fərdiləşdirilmiş dərmanlar istiqamətinə yönəldiləcək. Biz hazırda keçid dövrünədəyik və süni zəkanın köməyi ilə bütün problemləri həll edəcəyik. Onun vasitəsilə biz fərdlərin sağlamlıq səviyyəsini yoxlayıb, onlara tövsiyə verə bilərik. Süni zəkanı qanunvericilikdə əks etdirib, ondan istifadəni daha çox mümkün etməliyik".

Seçilən
17
bakivaxti.az

1Mənbələr