AZ

Dendrologiya İnstitutu Azərbaycan Tibb Universitetində ağacəkmə aksiyası keçirib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu öz sahəsində yetişdiriyi bitkilər və ağacları müxtəlif ərazilərə əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə ağacəkmə aksiyalarına davam edir. SİA xəbər verir ki, budəfəki yaşıllaşdırma aksiyası Azərbaycan Tibb Universitetində baş tutub.

Aksiyada Dendrologiya İnstitutunun, Tibb Universitetinin rəhbər şəxsləri və tələbələr iştirak ediblər.

Aksiya zamanı əraziyə Dendrologiya İnstitutundan gətirilmiş 100 ədəd dekorativ ağac tingi əkilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, həmçinin təmizlik-abadlıq işləri aparılıb.

Seçilən
3
2
sia.az

10Mənbələr