AZ

XII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal səhiyyə böhranda: Hazırlılıq və bərabərlikdə yeni cəbhələr" mövzusunda panel müzakirəsi işinə başlayıb - FOTO

XII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal səhiyyə böhranda: Hazırlılıq və bərabərlikdə yeni cəbhələr" mövzusunda panel müzakirəsi start götürüb.

Day.Az xəbər verir ki, müzakirələrdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Böyük Britaniyanın Lordlar palatasının üzvü, Böyük Britaniya Kral İnstitutunun ilk qadın direktoru Süzan Qrinfild, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Serageldin, 2007-ci ildə İsrail prezidenti olmuş, Knessetin keçmiş spikeri, Hadassah Medical Organization təşkilatının sədri Daliya İtsik, "Global Partnerships Forum"un prezidenti və baş direktoru Əmir Dossal, 2015-ci ildə Moldovanın baş naziri olmuş Kiril Qaburiç, "Hadassah Medical Organization"ın baş direktoru Yoram Veys iştirak edirlər.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Xəbər yenilənəcək

  • XII
  • XII
  • XII
  • XII
  • XII
  • XII
  • XII
  • XII
  • XII
  • XII
  • XII
  • XII
Seçilən
6
1
day.az

2Mənbələr