AZ

Mask “Optimus” robotunun Marsa uçuş tarixini elan etdi


“Tesla”nın istehsal etdiyi “Optimus” robotu 2026-cı ilin sonunda Marsa uçacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun yaradıcısı, amerikalı sahibkar İlon Mask “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Əgər bu uçuşlar uğurlu olarsa, o zaman insanların uçuşları 2029-cu ildə başlaya bilər. Baxmayaraq ki, 2031-ci il daha çox ehtimal olunan tarixdir”, - iş adamı yazıb.
Qeyd edək ki, fevral ayında Maskın “Tesla” şirkəti bu il 10 000 insanabənzər “Optimus” robotu istehsal etməyi planlaşdırdığını bildirib. Bununla belə, Mask bu rəqəmin yalnız hədəf rəqəm olduğunu və faktiki rəqəmin daha az ola biləcəyini vurğulayıb. Buna baxmayaraq, Mask əmindir ki, hətta bir neçə min “Optimus” robotu belə “Tesla” üçün faydalı olacaq.
Seçilən
17
yeniavaz.com

1Mənbələr