PFL bunu “Turan Tovuz”un akademiyasının açılışı ilə bağlamışdı. Yəni onsuz da futbol ictimaiyyəti rayona təşrif buyuracaq, oyun da “desert” olsun. Ancaq bu gün açılış baş tutmadı. “Football-plus.az” bunu səbəbini klubun idarə heyyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktor Əli Balakişiyevdən öyrənib:
“Binadakı bəzi xırda məsələləri çatdıra bilmədik. Açılışı “Turan Tovuz” - “Qarabağ” oyununa ertələdik. Həmin gün dəqiq açılış olacaq. Bu günə bitirə bilmədiyimizə görə iki həftə sonraya saxladıq”.
ƏSƏD SEYİDOV