AZ

“Çelsi” “Real”dan 80 milyon tələb edir

“Çelsi”nin futbolçusu Enzo Fernandez yayda klubunu dəyişə bilər.

İdmanxeber.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Real” (Madrid) argentinalı futbolçu üçün “Çelsi“yə mövsümün sonunda rəsmi təklif göndərməyi planlaşdırır.

“Çelsi” bu transferin baş tutması üçün 80 milyon avro tələb edir.

Qeyd edək ki, Enzo bu mövsüm bütün turnirlər daxil olmaqla 34 matçda 5 qol və 9 asistlə yadda qalıb.

Fərid Nəsibov

Seçilən
9
idmanxeber.az

1Mənbələr