AZ

"Körpə danaların kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur"- Tahir Rzayevdən açıqlama

"Körpə danaların kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur"

News365.az xəbər verir ki, bu sözləri Deputat Tahir Rzayev deyib.

 "7-8 kq-lıq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir.

Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır.

Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı.

Son illərdə mənşəyi bilinməyən ətin satışa çıxarılması zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur.

Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər", - deputat vurğulayıb.


Seçilən
24
26
news365.az

10Mənbələr