Türkiyədə bundan sonra zərgərlər kəsilmiş qızılları sata bilməyəcəklər.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.
Qərar artıq “Rəsmi qəzet”də dərc edilib.
Qeyd edək ki, əvvəllər kəsilmiş qızıllar zərgərlə alıcı arasında etimada əsaslanaraq karatla satılırdı. Lakin bəzi bədxah satıcılar ucbatından kəsilmiş qızıllarda karat problemləri yarandı və bu da standartları pozurdu. Belə hal sonradan aşkar edildikdə həmin qızılları ucuz qiymətə satmağa məcbur olurdular.
Axar.az