AZ

İsmail Seragəldin: "Qlobal səhiyyəyə ayrılan vəsaitləri artırmalıyıq"

Qızılca, məxmərək və digər yoluxucu xəstəliklər zəif inkişaf edən ölkələrdə daha geniş yayılıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin Xll Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr" adlı növbəti panel müzakirəsi zamanı deyib.

O bildirib ki, COVID-19 kimi pandemiyaların növbəti dəfə təkrarlanmaması üçün qlobal səviyyədə görülən zəruri tədbirlər daha da genişləndirilməlidir:

“Dünyada yayılan qızılca, məxmərək və digər yoluxucu xəstəliklərə qarşı fəal mübarizə aparılmalıdır. Bu xəstəliklər xüsusilə də zəif inkişaf etmiş ölkələrdə daha geniş yayılıb. Qlobal səhiyyə monitorinqi də önəmli faktorlardan biridir. Eyni zamanda, onu deməliyəm ki, bir neçə il əvvəl pandemiyaların bu qədər geniş yayılmasın təsəvvür edə bilməzdim. Hesab edirəm ki, biz qlobal səhiyyə sahəsinə ayrılan vəsaitləri artırmalıyıq ki, ölkələr pandemiyalara qarşı daha effektiv mübarizə aparsın. COVID-19-dan dünyada xeyli sayda insan həyatını itirmişdi. Biz bu halın növbəti dəfə təkrarlanmasını istəmiriksə, səylərimizi genişləndirməliyik".

"Cebheinfo.az" 

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr