AZ

Rusiya ordusu Kurskda 2 yaşayış məntəqəsini geri qaytardı

Rusiya hərbçiləri Kursk vilayətində iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Şimal qoşunları qrupunun bölmələri hücum əməliyyatları zamanı Zaoleşenka və Rubanşina yaşayış məntəqələrini azad edib”, - məlumatda deyilir.

Bildirilib ki, bundan əlavə, döyüşçülər Qoqolevka, Qornal, Quevo və Oleşnya yaşayış məntəqələri ərazisində Ukrayna Silahlı Qüvvələrinin beş briqadasını və bir hücum alayını məğlub edib.

Seçilən
9
4
qafqazinfo.az

5Mənbələr