Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan paralimpiyaçısı Polad Rzayev bu gün Avstriyanın Jerzens şəhərində keçiriləcək FIS Paradağ xizəyi turnirində çıxış edəcək.
Milli Paralympian Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, LW3 kateqoriyası üzrə mübarizə aparacaq idmançı yarışa məşqçi Məhəmməd İsmayılov ilə yollanıb.
Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.