AZ

Tadiç sabiq komandasına geri dönür - İDDİA

Bu mövsüm Super Liqada məhsuldar ötürmə sayına görə Dris Mertenslə birinci yeri bölüşən Duşan Tadiç (11) "Reyncers" matçında tənqid hədəfinə çevrilib.

Apasport.az xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq təcrübəli futbolçunun transferi ilə bağlı diqqət çəkən iddia irəli sürülüb.

Belə ki, "TRT Spor"un canlı yayımında serbiyalı futbolçunun sabiq klubu "Ayaks"la anlaşdığı və yeni mövsümdə Hollandiya klubunun formasını geyinəcəyini iddia edilib.

36 yaşlı futbolçu "Fənərbaxça"nın heyətində 98 matçda forma geyinib. Tadiç bu matçlarda 27 qol vurub və 31 məhsuldar ötürmə edib.

“Çelsi” “Sportinq”in futbolçusunu transfer edəcək

İngiltərədə ən yaxşı baş məşqçisi müəyyənləşib

Salah ayın oyunçusu seçilib

Vinisius "Real Madrid"in növbəti matçını buraxacaq

Belarus yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Seçilən
7
apasport.az

1Mənbələr