"Championship" divizionunda 4-cü pillədə qərarlaşan "Sanderlend" müvəqqəti olaraq loqosunu dəyişib.
İdman.biz xəbər verir ki, İngiltərə klubu bununla iqlim dəyişikliyi problemini xatırlatmaq niyyətindədir.
"Sanderlend" formalarına ötən əsrin 80-ci illərinin loqosunu qaytarıb, amma bir az yenidən dizayn edib. Sanki suyun səviyyəsinin qalxdığı görüntüsü alınıb.
Klub öz saytında qlobal istiləşmənin fəsadları barədə xəbərdarlıq edib. Əgər tədbir görülməsə, komandanın stadionu 25 ildən sonra su altında qala bilər.
Bu gün “Qara pişiklər” “Koventri Siti” ilə qarşılaşacaqlar. Matçdan sonra futbolçuların formaları hərraca çıxarılacaq. Əldə olunacaq gəlir ətraf ekoloji fonda köçürüləcək.
İdman.biz