Son seçkidə uduzaraq vəzifəsini tərk edən Qrenlandiyanın keçmiş Baş naziri Mute Egede ABŞ prezidenti Donald Trampın təhdidləri ilə bağlı bütün partiya liderlərinin bir araya gələrək təcili toplantı keçirəcəyini bildirib.
Publika.az xəbər verir ki, Donald Tramp Arktika yaxınlığındakı adanı “ilhaq etmək” istəyini təkrarladıqdan sonra ölkə adada fövqəladə vəziyyət elan edib.
Egede “artıq bəsdir” deyərək, bütün partiya liderlərini hərəkətə keçməyə çağırıb. "Trampın sözlərinə etirazımızı gücləndirməliyik", - deyə o bildirib.