AZ

Bakıda film kimi hadisə: Qadın oğurladığı 115 minlik qızılı kimə satdı?

Bakıda işlədiyi evdən 100 min manatdan çox dəyəri olan qızıl oğurlayan xadiməyə hökm oxunub. 

Ölkə.Az Qaynarinfo-a istinadən məlumatına görə, 1993-cü ildə Xaçmaz rayonunda anadan olmuş Z.V. adlı qadının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Z.V. xadimə kimi çalışdığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən 3 mərtəbəli həyət evinin 3-cü mərtəbəsində yerləşən qonaq otağının dolabından 115.450 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. 

Təqsirləndirilən şəxs həmin villada 2023-cü ilin sentyabr ayından 2024-cü ilin fevral ayının sonlarına qədər çalışıb. O, ev sahibinin ölkə xaricində olmasından istifadə edərək oğurluq hadisəsini tərədib.

Qadın oğurladığı qızılları metronun "Xalqlar Dostluğu" və "Neftçilər" stansiyalarının yaxınlığında yerləşən 3 lombarda satdığı da məlum olub. 

Məhkəmənin qərarı ilə Z.V.-ya 4 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Seçilən
24
14
olke.az

10Mənbələr