AZ

Ronaldo CBF prezidentliyinə namizədliyindən daşındı

Dünya futbolunun braziliyalı əfsanəsi Ronaldo Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti vəzifəsinə namizədliyindən daşınıb.

Arena.az məlumat verir ki, “Yekədiş” bu barədə özünün sosial şəbəkə hesabı üzərindən məlumat paylaşıb.

“Özümün qarşıdakı seçkilərdə Braziliya Futbol Konfederasiyasının prezidenti vəzifəsinə namizədliyimi elan etdikdən sonra, mən niyyətimdən imtina etdiyimi rəsmən bəyan ediləm. Əgər qərar qəbul etməyə hüququ olan əksəriyyət Braziliya futbolunun etibarlı əllərdə olduğunu başa düşürsə, mənim fikrim əhəmiyyət kəsb etmir”, deyə “Yekədiş” qərarını əsaslandırıb.

“Müəmma” ləqəbli Ronadlo dünya futbolunun ən güclü mərkəz hücumçularından biri, bir çox mütəxəssislər tərəfindən isə ən güclüsü hesab edilir. “Yekədiş” böyük futbola “Kruzeyro”da başlayıb, PSV, “Barselona”, “İnter”, “Real”, “Milan” və Korintians”da çıxış edib.

Klub səviyyəsində Ronaldo 481 oyuna 309 qol və 75 məhsuldar ötümə ilə fərqlənib.

Ronaldo Nazario 1994-cü ilin mart ayında debüt etdiyi Braziliya millisinin heyətində 99 oyun keçirib, 62 qol vurub, 32 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, klub və milli komanda səviyyəsində, həmçinin fərdi mükafatları ilə zəngin Ronaldonun ən böyük uğurları Braziliya millisi ilə 1994-cü və 2002-ci illərin dünya çempionatlarında qalibiyyətdir. “Yekədiş” çıxış etdiyi klubların heyətində də komandaları ilə çoxlu qənimətlər qazanıb, fərdi mükafatlara sahib olub.

Seçilən
9
arena.az

1Mənbələr