AZ

İtaliyada daşqınlar: 248 nəfər təxliyə olunub

Bakı. Trend:

İtaliyanın mərkəzi regionlarında hökm sürən əlverişsiz havaşəraiti fəsadlar törətməkdə davam edir.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, iki gündür yağan leysan yağışları Toskanaregionunda çayların səviyyəsinin yüksəlməsinə səbəb olub.

Məlumata görə, Florensiyada Arno çayında suyun səviyyəsi pikhəddə çatıb. Piza və Florensiya şəhərlərində muzeylər, kinoteatrlarvə mağazalar bağlanıb. Arno və Sieve çaylarının məcrasından çıxmasınəticəsində evləri, küçələri, iş yerlərini su basıb. Torpaqsürüşməsi riski səbəbindən Empoli və Pizada körpülər bağlanıb.Livorno və Pizada 8 bələdiyyədə, ümumilikdə, 248 nəfər təxliyəedilib və 1267 evin elektrik enerjisi kəsilib. Daşqıninfrastruktura ciddi ziyan vurub.

Toskanada regionunda, o cümlədə Florensiya, Prato, Pistoia vəPiza əyalətləri üçün qırmızı xəbərdarlıq elan edilib. Daşqın vətorpaq sürüşməsi riski ilə bağlı əhaliyə xəbərdarlıq olunub.

Məqalədə:
Seçilən
10
2
az.trend.az

3Mənbələr