AZ

Səhiyyə naziri XII Qlobal Bakı Forumunun “Böhran dövründə Qlobal Səhiyyə: Hazırlıq və Bərabərlikdə yeni üfüqlər” adlı panel sessiyasında çıxış edib

Bakı. Trend:

Səhiyyə naziri XII Qlobal Bakı Forumunun “Böhran dövründə QlobalSəhiyyə: Hazırlıq və Bərabərlikdə yeni üfüqlər” adlı panelsessiyasında çıxış edib

Trend xəbər verir ki,Azərbaycan Respublikasının paytaxtında “Dünya düzəninin yenidəndüşünülməsi: çağırışların fürsətə çevrilməsi” (“Rethınkıng WorldOrder: Turnıng Challenges Into Opportunıtıes”) mövzusuna həsrolunan XII Qlobal Bakı Forumu keçirilir.
XII Qlobal Bakı Forumu çərçivəsində İrqçiliklə Mübarizə üzrə AvropaŞəhərlər Koalisiyasının (ECCAR) prezidenti Benedetto Zakkirolininmoderatorluğu ilə "Böhran dövründə Qlobal Səhiyyə: Hazırlıq vəBərabərlikdə yeni üfüqlər" (Global Health in Crisis: New Frontiersin Preparedness and Equity) adlı panel sessiyası baş tutub.

Panel sessiyada çıxış edən səhiyyə naziri Teymur Musayev qeydedib ki, qlobal səhiyyə son illər pandemiya, iqlim dəyişikliyi kimiamillərin təsiri ilə həm irəliləyişlər, həm də geriləmələr yaşayıb:“Pandemiya və epidemiyalar kimi qlobal səhiyyə böhranları dağıdıcıolsa da, müsbət dəyişikliklər üçün imkanlar yaradır. Bu böhranlarvaksinlər, müalicələr və tibbi texnologiyalarda təciliinnovasiyalara təkan verir. Onlar həmçinin səhiyyəinfrastrukturunun zəif tərəflərini müəyyənləşdirir, ölkələriislahatlar, daha dayanıqlı siyasətlər həyata keçirməyə və effektivqərarların qəbulu üçün investisiyaları artırmağa sövq edir”.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altındasosialyönümlü siyasətin həyata keçirilməsi, rəqəmsal dövlətidarəçiliyinə keçid və iqtisadiyyatın şaxələndirilməsi AzərbaycanRespublikasının regionun aparıcı ölkəsi kimi mövqeyini gücləndirib:“Dövlət başçısı öz çıxışında qeyd etdiyi kimi, COP29-un Bakıdakeçirilməsinə dair yekdil qərar ötən ilin noyabrında beynəlxalqictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının göstəricisidir.Ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsirininazaldılması və sağlam həyat tərzinin təşviqi Azərbaycan hökumətininəsas prioritetləridir. Əsas fəaliyyətlərə iqlim dəyişikliklərinədavamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulması, yaşılxəstəxanaların inkişafı və iqlimədavamlı tibb işçi qüvvəsininyaradılması daxildir”.

Teymur Musayev çıxışında qeyd edib ki, səhiyyə sektorununinkişafı texnoloji tərəqqi, məlumatların təhlili vəfərdiləşdirilmiş tibbə keçidin formalaşması ilə müəyyən ediləcək:“Dünya səhiyyə işçiləri çatışmazlığı ilə üzləşdiyi bir zamanda bizəyeni köməkçi – süni intellekt qoşulur. Onun ən mühüm töhfələrindənbiri xüsusilə ilkin səhiyyə sistemlərini gücləndirməklə, səhiyyəxidmətlərinə çıxışı genişləndirməkdir. Bu texnologiyaların taminteqrasiyası məqsədilə süni intelektin praktiki imkanlarındansəmərəli istifadə etmək üçün qanunvericilik bazasının hazırlanmasızəruridir”.

Nazir vurğulayıb ki, gələcək səhiyyə siyasətində kibertəhlükələrvə həssas tibbi məlumatlardan sui-istifadənin qarşısını almaq üçünonların təhlükəsizliyi, pasiyent hüquqları və süni intellektdənistifadənin tənzimlənməsi prioritet təşkil etməlidir: “Rəqəmsalalətlərin çox böyük faydaları olsa da, onlar insan amilini əvəzetməməli, tibb işçilərinə birbaşa xəstə baxışına daha çox vaxt sərfetməyə imkan verən dəstəkləyici vasitələr olmalıdır”.

Panel sessiyada, həmçinin BMT-nin Baş katibinin müavini,UNAIDS-nin İcraçı direktoru xanım Vinni Byanyima, İsrail Dövlətininsabiq Prezidenti (2007) Dalia İtzik, Moldova Respublikasının sabiqBaş naziri (2015) Kiril Qaburiç, Nizami Gəncəvi BeynəlxalqMərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti(1992–2000) İsmail Serageldin, Qlobal Tərəfdaşlıq Forumunun sədriƏmir Dossal və digər rəsmilər çıxış ediblər.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, aidiyyəti suallarcavablandırılıb.

Məqalədə:
Seçilən
11
2
az.trend.az

3Mənbələr