Bu gün Azərbaycan Basketbol Liqasının 18-ci turu çərçivəsində 3 görüş keçiriləcək. 

Offsideplus.az xəbər verir ki, ilk matç Gəncədə baş tutacaq. 14:00-da baş tutacaq matçda yerli komanda "Ordu" ilə çətin matçına çıxacaq. Digər matç isə, Bakıda keçiriləcək. Sərhədçi İdman Mərkəzində keçiriləcək görüşlərin birincisi 16:00-da, digəri 19:00-da başlayacaq.

15 mart, ABL 18-ci tur

14:00 "Gəncə" - "Ordu" 84:74 (22:8; 19:18; 17:20; 26:28)

Gəncə OİK

16:00 "Sabah" - "Abşeron"

Sərhədçi İdman Mərkəzi

19:00 "Naxçıvan" - "Sərhədçi"

Sərhədçi İdman Mərkəzi